
Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Asambleyasının növbəti sessiyası 26-30 sentyabr tarixlərində təşkilatın üzvü olan Belarusiyada keçirildi. Sessiya çərçivəsində Azərbaycan Parlamentinin MDB PA-da daimi nümayəndəsi cənab Aydın Cəfərovla Millət vəkil Jalə Əliyeva Belarusiyanın Qrodno vilayətində təşkil edilən MDB PA-nın dövlət quruculuğu və yerli özünüidarəetmə məsələləri üzrə daimi komissiyasının iclasında və sessiyanın gündəliyinə daxil olan məsələlər ətrafında müzakirələrdə iştirak edib, Azərbaycanın qaldırılan məsələlərlə bağlı mövqeylərini və əldə edilən uğurları bir daha üzv dövlətlərin Parlamentlərinin nümayəndə heyəti üzvlərinin diqqətinə çatdırıblar. Qrodno Vilayət İcraiyyə Komitəsinin sədri ilə nümayəndə heyətinin görüşündə Azərbaycanın dövlət quruculuğu və yerli özünüidarəetmə sahəsində təcrübəsi və qazanlan nailiyyətlər haqqında məlumat veriblər.Eyni zamanda səfər çərçivəsində Belorusiyanın Qrodno vilayətinin Slonim rayonunda rus dilinin qorunması və inkişaf etdirilməsi ilə bağlı olaraq təşkil edilən dəyirmi masada çıxış edərək, Azərbaycanda mədəni, mənəvi, etnik məsələlərdə bütün xalqlara və millətlərə, onların dilinə və dini ənənələrinə ehtiramla yanaşıldığını, tolerantlığın və dözümlülüyün dövlət siyasətinin başlıca istiqaməti olduğunu nəzərə çatdırılıb. Bu sahədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti, birinci vitse prezident xanım Mehriban Əliyevanın rəhbərlikləri ilə həyata keçirilən çoxsaylı tədbirlərin əhəmiyyətini qeyd edilib .Tədbirləri yaxından izləyən kütləvi informasiya vasitələrinə verilən müsahibələrdə də bir daha ölkəmizin dövlət quruculuğu sahəsində çoxillik təcrübəsi, əldə edilən uğurlar, reallaşdırılan layihələrdən danışılıb.Ölkəmiz tərəfindən yaxın qonşuluq münasibətlərinin inkişafının ümumilikdə bölgə xalqlarının rifahına, sülhə və əmin-amanlığa xidmət etdiyini vurğulanıb.
Saat24.Az Coşqun Abdullayev


Saat24.Az Coşqun Abdullayev



