MİQ üzrə apellyasiya müsahibələrinin tarixləri açıqlandı

Sadə xəbər
GÜNDƏM 31.08.2023 1551

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri 4-5 sentyabr tarixlərində onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq.

Bu barədə "Saat24.az"a Təhsil İnstitutundan bildirilib.

Qeyd edilib ki, müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunacaq tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

Xatırladaq ki, iyulun 11-dən 15-dək keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsində 47 min 586 namizəd iştirak edib.

XƏBƏR LENTİ
24.07.2024 2056

DİGƏR XƏBƏRLƏR

Loading
Top