Azərbaycan İtaliyadan hərbi nəqliyyat təyyarələri alır.
"Saat24.az" xəbər verir ki, bu barədə "Leonardo" şirkəti açıqlayıb. Azərbaycan İtaliyadan C-27J Spartan təyyarələrinin tədarükünə dair müqavilə imzalayıb.
Məlum olub ki, iki ölkənin müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə müqavilənin imzalanması üçün Azərbaycanın nümayəndə heyəti İtaliyada olub.Müqavilə İtaliya sənayesinin məhsullarına daha çox diqqət yetirən Azərbaycan Silahlı Qüvvələrinin geniş modernləşdirilməsi proqramının tərkib hissəsidir.
Mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində müdafiə və mülki müdafiə missiyalarını yerinə yetirə bilən təyyarə 60 əsgər və ya 45 xüsusi təyinatlı əsgər və ya 36 yaralı daşıya bilir.
Qeyd edək ki, sözügedən təyyarənin 1 ədədinin qiyməti 65-70 milyon dollardır.