Deputat növbəti dəfə seçiciləri ilə görüşdü – FOTO

SİYASƏT 08.06.2023 2021
Saat24.Az xəbər verir ki,bu sözləri Millət Vəkili Fatma Yıldırım müəllif yazısında qeyd edib.

Sözügedən yazını təqdim edirik:

Əziz həmvətənlərim!
Bərdə rayonuna səfərimiz çərçivəsində rayonun Cicimli kəndində Seyid Yusifli, Cicimli, Qayalı, İkinci Hacallı, Mehdixanlı, Tağılar, Umudalılar kəndləri üzrə seçicilərin növbəti qəbulunu keçirdik. Qəbul zamanı seçicilərin çoxsaylı müraciətləri dinlənildi. Müraciətlər əsasən suvarma və içməli su təminatının yaxşılaşdırılması, kabelləşmə, təbii qaz çəkilişi, yol infrastrukturunun yaxşılaşdırılması, rabitə və sosial müdafiə məsələlərini əhatə edirdi. Sakinlərin problemləri diqqətlə dinlənildi və qeydə alındı. Vətəndaşlarla görüşün səmərəliliyinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri və idarə rəhbərləri də qəbulda iştirak etmişdir. Bəzi məsələlərin yerində həll olunmasına nail olunmuşdur.
Növbəti vətəndaş qəbulunda iştirak etmək istəyən seçicilər YAP Bərdə rayon binasındakı ofisimizə müraciət edə və ya 0554208040, 0202050095 nömrələri ilə əlaqə saxlaya bilərlər.

#MilliMəclis #deputat #FatmaYıldırım #Bərdə #YAP #Cicimli #Vətəndaşqəbulu
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top