Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq davam edəcək” - DEPUTAT DANIŞDI

SİYASƏT 07.06.2023 3056

 



“Qardaş Türkiyə respublikasında növbəti prezident və parlament seçkiləri keçirildi. Prezident Rəcəb Tayyib Ərdoğan xalqın etimadını qazanaraq, səs çoxluğu ilə növbəti müddətə Türkiyənin prezidenti seçildi. Təbii ki, bu uğur Azərbaycan və bir çox digər ölkələrin marağında idi. Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonrakı inkişafında, eyni zamanda regionun yeni geopolitik anlayışları baxımından bərqərar olması və təkmilləşməsi üçün əhəmiyyətli rol oynayır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, Türkiyə dünyanın nüfuz sahibi ölkələrindəndir: “Bu gün bölgədə Türkiyə ilə Azərbaycanın adı bərabər çəkilir. İki qardaş ölkə sadəcə strateji müttəfiq deyil, bütün sahələr üzrə əməkdaşlıqlarını həyata keçirir və biri-birlərinə dəstək olurlar. İki ölkənin artan xətt üzrə davam edən əməkdaşlıqları bölgə üçün yeni perspektivlər açır. Bu qardaşlıq əbədi olaraq davam edəcək

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top