Mirzoyan Blinkenin köməkçisi ilə Azərbaycanla münasibətləri müzakirə etdi

SİYASƏT 07.06.2023 2041

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Derek Hoqanla telefon danışığı zamanı Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib.

"Saat24.az" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər regional təhlükəsizlik və sabitliklə bağlı məsələləri müzakirə ediblər.

Danışıqlar zamanı həmçinin bir neçə gün sonra Vaşinqtonda planlaşdırılan müzakirələr ərəfəsində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin əsas məsələləri, o cümlədən sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyinin təmin edilməsi, hüquq və müdafiə məsələləri müzakirə edilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top