"Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmaq iddiasında deyil" - Mirzoyan

Manşet
SİYASƏT 05.06.2023 2237

Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmaq iddiasında deyil, çünki bunun üçün mandatı yoxdur.

"Saat24.az" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2022-ci il büdcəsinin icrasının müzakirəsi zamanı bildirib.

"Bəli, biz Qarabağ xalqından (Qarabağda yaşayan ermənilərdən - red.) onun gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almamışıq. Və statusun müəyyən edilməsi məsələsində biz iddia və buna cəhd də etmirik", - deyə Mirzoyan qeyd edib. 

Nazir əlavə edib ki, İrəvan Ermənistan-Azərbaycan nizamlanması prosesində yalnız Qarabağda yaşayan ermənilərlə rəsmi Bakı arasında dialoq mexanizmini müzakirə edir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top