Prezident İsraillə bağlı olan sazişi təsdiqlədi

SİYASƏT 03.06.2023 2612

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” təsdiqləyib.

“Saat24.az” xəbər verir ki, dövlət başçısı bununla bağlı fərman imzalayıb.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi sazişin müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İsrail Dövləti Hökumətinə bildiriş göndərəcək.

Qeyd edək ki, saziş 2023-cü il aprelin 19-da Bakı şəhərində imzalanıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top