Yevlaxda ağır qəza: Ölən və yaralananlar var

HADİSƏ 29.05.2023 1247

Ötən gün Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonu Kolanı kəndinin ərazisindən keçən hissəsində yol qəzası olub. 

Saat24.az xəbər verir ki, 2003-cü il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun idarə etdiyi “Mersedes-Benz C 200” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində aşıb.

Qəza zamanı həmin maşında olan sərnişin 2007-ci il təvəllüdlü Fərzəliyev Şahlar Səxavət oğlu hadisə yerində ölüb, digər sərnişinlər, 2006-cı il təvəllüdlü Hacızadə Məhəmməd Elnur oğlu, 2003-cü il təvəllüdlü Məhərrəmov Mikayıl Həsrət oğlu və Yusufov Əli Pərviz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə şəhəri Diaqnostika Mərkəzinə aparılıblar.

Avtomobilin sürücüsü V.İsmayılzadəni hadisə yerində aşkar etmək mümkün olmayıb. Hadisə “Yuxarı Qarabağ” kanalına yaxın ərazidə baş verdiyindən hadisə vaxtı onun kanala düşməsi ehtimal olunur.

Sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top