![](https://cdn.saat24.az/uploadedfiles/custom/2023/5/26/1/f77aab2e-05ca-4111-8db1-757c808b0071/1685045443_default-3.jpg)
Mayın 25-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qaluzin Moskvada Türkiyənin Rusiya Federasiyasındakı səfiri Samsar ilə görüşüb.
"Saat24.az" xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Zaqafqaziyadakı vəziyyət, o cümlədən Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında Rusiyanın yardımı ilə Bakı və İrəvan arasında normallaşma yollarına dair üçtərəfli sazişlərin icrası müzakirə edilib. Ermənistan-Türkiyə əlaqələrinin bərpası perspektivləri mövzusuna da toxunulub. Cənubi Qafqazda 3+3 Məşvərətçi Regional Platforması çərçivəsində qarşılıqlı fəaliyyətin vacibliyi vurğulanıb.
Qarşılıqlı maraq doğuran bir sıra digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.