Kür çayının sahilində narkotik yetişdirən şəxs saxlanıldı

HADİSƏ 13.05.2023 2287

Kür çayının sahilində narkotik yetişdirən Neftçala rayon sakini saxlanılıb.

Bu barədə "Saat24.az"a Daxili İşlər Nazirliyinin Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Neftçala Rayon Polis Şöbəsinə Kür çayının rayonun Pirəbbə kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ərazi əməliyyat nəzarətinə götürülüb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan həmin kənd sakini Nəcib Məmmədov çətənə bitkilərinə qulluq edən zaman “iş başında” saxlanılıb.

Həmin əraziyə keçirilən baxış zamanı hündürlüyü 37-142 sm arası olan 68 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Aşkar olunan faktla bağlı cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

XƏBƏR LENTİ
15.07.2024 2543

DİGƏR XƏBƏRLƏR

Loading
Top