İranda daha 7 nəfər edam edildi

DÜNYA 10.05.2023 2356

 İranda təcavüz və narkotiklə əlaqəli cinayətlərdə təqsirli bilinən 7 nəfər edam edilib.

"Saat24.az" xəbər verir  ki, bu barədə Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı məlumat yayıb. 

Bildirilir ki, Kərəc şəhərindəki Recai Şəhr həbsxanasında təcavüz ittihamı ilə edama məhkum edilən 4 məhbusun hökmü icra edilib.

Narkotik cinayətlərinə görə 3 nəfərin edamı da Hisar həbsxanasında həyata keçirilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk mətbuata verdiyi açıqlamada İranda ilin əvvəlindən bu yana ən azı 209 nəfərin edam edildiyini və bu rəqəmin "narahatedici" olduğunu bildirib. Türk İran hakimiyyətini ölüm hökmünü ləğv etməyə və ya bütün edamları dayandırmağa çağırıb. 

Qeyd edək ki, ötən günlərdə iki nəfər dini ayinləri təhqir etdiyinə görə edam edilmişdi. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top