Türkiyədə atışma - Yaralılar var

Sadə xəbər
HADİSƏ 11.03.2023 2089

Türkiyənin Adana şəhərindəki gecə klublarından birində atışma olub.

"Saat24.az" “Haber Global”a istinadən xəbər verir ki, iki silahlı qrup arasında baş verən silahlı insident zamanı 5 nəfər xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları, təcili yardım cəlb edilib. Yaralılar Seyhan Dövlət Xəstəxanasına və özəl tibb müəssisəsinə çatdırılıblar.

Hadisə yerində istifadə edilən 2 ədəd tapança maddi sübut kimi götürülüb. İnsidentlə əlaqədar bir neçə nəfər saxlanılıb. "Habertürk" saxlanılanların sayının 5 nəfər olduğunu bildirib.

Atışmanın hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Faktla bağlı təhqiqata başlanılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top