Azərbaycanda zəlzələ oldu

HADİSƏ 08.03.2023 2200

Bu gün Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.

"Saat24.az" xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimal-qərbdə, Biləsuvar rayonunda 4,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top