Oğuzda qohumlar arasında dava: Xəsarət alanlar var

HADİSƏ 18.12.2022 1293

Oğuzda qohumlar arasında baş verən mübahisə davaya çevrilib, xəsarət alanlar var.

Saat24.Az-ın  məlumatına görə, axşam saatlarında rayonun Yenikənd sakinlari olan 1986-cı il təvəllüdlü Eldar Arzuman oğlu Möylanov və 1987-ci il Sərvan Qəhrəman oğlu Allahverdiyev bədənin müxtəlif nahiyələrinin küt travması xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Müayinə zamanı məlum olub ki, qohumluq əlaqələri olan E. Möylanov və S. Allahverdiyev arasında şəxsi münasibətlər zəmnində mübahisə baş verib. Qohumlar arasında baş verən mübahisə davaya çevrilib. Dava zamanı onlar bir-birinə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Dava zamanı kəllə-beyn travması alan E. Möylanov müayinə olunmaq üçün Qəbələ Rayon Mərkəzi Xəstəxanasına göndərilib. S. Allahverdiyevin xəsarəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra evə buraxılıb.

Oğuzun Yenikənd kəndində qohumlar arasında baş verən dava ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki Regional Qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov bildirib ki, həmin şəxslərin bir-birinə xəsarət yetirməsi faktı ilə bağlı Oğuz rayon Polis Şöbəsinə də məlumat daxil olub. Hadisənin hansı zəmində baş verməsi ilə bağlı müvafiq təhqiqat araşdırmaları aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top