Bakıda “pub”da kütləvi dava: Saxlanılan şəxslər polisə müqavimət göstərdilər – YENİLƏNİB + VİDEO

HADİSƏ 17.12.2022 1392

Daxili İşlər Nazirliyini gecə saatlarında Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən “pub”da baş verən kütləvi dava ilə bağlı açıqlama verib.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı saxlanılan şəxslər ərazi üzrə Polis Bölməsinə aparılıblar:

“Araşdırmalar davam etdirilir. Hadisə ilə bağlı toplanan materiallara hüquqi qiymətin verilməsi üçün iş məhkəməyə göndəriləcək”.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı hər üç şəxs sərxoş olub və dalaşıblar. Əraziyə polis cəlb edilib. Bu zaman onlar polisə müqavimət göstəriblər.

14:02

Gecə saatlarında Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən “pub”da kütləvi dava baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib və 3 nəfər saxlanılaraq ərazi üzrə polis bölməsinə aparılıb.

İlkin araşdırmalar nəticəsində xuliqanlıq edən şəxslərdən birinin telekanallardan birinin baş rejissoru olması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə yerindən görüntüləri təqdim edirik:

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top