Dünya çempionatı: Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə başlayır

Sadə xəbər
CƏMİYYƏT 17.11.2022 1342

Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə start verəcək.

Saat24.Az-ın məlumatına görə, 74 kq çəki dərəcəsində mübarizə aparan Eltac Qafarov mundialda yarışa qoşulacaq.

Turnirə təsnifat mərhələsindən başlayacaq Qafarovun ilk rəqibi Çin Taypeyindən Çenqçi Vey olacaq.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında ümumilikdə 8 taekvondoçu ilə təmsil olunur. Artıq 3 idmançımız çıxışını başa vurub. Cavad Ağayev (68kq) bürünc medal qazanıb, Taleh Süleymanov (87 kq) və Patimat Abakarova (49 kq) mübarizəni erkən dayandırıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top