Xətai rayonunda qəza aradan qaldırıldı: Elektrik enerjisinin verilişi bərpa olundu - YENİLƏNİB

CƏMİYYƏT 17.11.2022 1212

Bakının Xətai rayonunda elektrik enerjisinin verilişi bərpa olunub.

Saat24.Az-ın məlumatına görə, ərazidəki qəza aradan qaldırılıb.



10:22

Bakının Xətai rayonunun bir hissəsində elektrik enerjisinin verilişi kəsilib.

Bu barədə Saat24.Az-a sakinlər məlumat veriblər. 

Bildirilib ki, artıq bir neçə saatdır Xətai rayonu, Lütfi Zadə 10 ünvanında işıq yanmır.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin sözçüsü Vaqif Aydınoğlu Saat24.Az-a açıqlamasında bildirib ki, ərazidə qəza baş verib:

“Hazırda qəza xidməti ərazidə çalışır. Yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa olunacaq”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top