İt altı yaşlı uşağı digər itin hücumundan xilas etdi – VİDEO

HADİSƏ 17.11.2022 1159

ABŞ-da alman ovçarkası altı yaşlı uşağı başqa bir itin hücumundan xilas edib.

Tank adlı it sahibinin altı yaşlı oğlu ilə oynayarkən onlara qonşunun iti yaxınlaşıb. Yad heyvan qəfildən uşağa hücum edib, lakin ovçarka azyaşlının müdafiəsinə qalxıb.

Ailənin qonşusu səs-küyə tərəf qaçıb itini tutana qədər Tank uşağı qoruyub. Nəticədə, oğlan yalnız kiçik bir qorxu hissi ilə xilas olub.

Daha sonra uşağın anası hadisə yerindən kadrları sosial şəbəkələrdə yayımlayıb. İstifadəçilər itlərin sədaqətini və Tankın cəsarətini xüsusi qeyd ediblər.

Mənbə: gazeta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top