Yeni tikililərdə dəm qazından boğulma hallarının daha az baş verməsinin SƏBƏBİ - AÇIQLAMA

GÜNDƏM 15.11.2022 1155

Yeni tikililərdə dəm qazından boğulma halları ona görə baş vermir ki, bu sistemlər eyvanda quraşdırılır. Qapalı mühit olmur.

Saat24.Az xəbər verir ki, bu fikirləri “Azəriqaz” İB-nin şöbə rəisi İlkin Behbudov AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən deyib.

O bildirib ki, köhnə tikili və fərdi evlərdə hamam otaqlarının içərisində quraşdırılan qaz qurğuları bu təhlükəni artırır:

“2010-cu ildən bu günə qədər aparılan statistika göstərir ki, dəm qazı ilə zəhərlənmələrin 95 faizdən çoxu hamam otaqlarında baş verir. Burada həm zəhərlənmə, həm də ölüm halları yer alır. Yəni texniki normalar - tüstü bacalarının düzgün quraşdırılması, hava axının tənzimlənməsi gözlənilmir. Qazla işləyən su qızdırıcısının mütləq hamam otağında olması şərt deyil. 1979-1990-cı illərin qaz təchizatına dair qaydalarında qeyd var ki, qazla işləyən su qızdırıcıları mətbəx otağında quraşdırılmalıdır. Hamam otağında quraşdırılarsa, müəyyən standart normalar gözlənilməlidir. Bu gün əsas məsələ təhlükəsizlik normalarının gözlənilməsidir”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top