Mingəçevirdə üçəm dünyaya gəlib - VİDEO

GÜNDƏM 15.11.2022 1150

Mingəçevirdə 30 yaşlı qadın üçəm dünyaya gətirib.

APA xəbər verir ki, Şəhər Xəstəxanasının doğum şöbəsində dünyaya göz açan körpələrdən 2-si oğlan 1-i qızdır.

Bərdə rayon Uğurbəyli kənd sakini, Səmayə Qafarovanın dünyaya gətirdiyi uşaqlar onun 2-ci hamiləliyindəndir.

Qadının Rüqəyya adı verdikləri ilk övladı 8 il öncə dünyaya göz açıb.

Üçəm dünyaya gətirən qadının qayınanasının sözlərinə görə, nəvələrinə Həsən, Hüseyn, Zeynəb adı verilib.

Ananın və uşaqların vəziyyəti normaldır.

Yeni doğulan körpələrin çəkisi müvafiq olaraq 2,6, 2,9 və 2,3 kiloqramdır.

Xəstəxanadan verilən məlumata görə, son 10 ildə Mingəçevir Xəstəxanasının doğum şöbəsində ilk dəfə olaraq üçəm doğulub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top