Sosial şəbəkələrdə Rəşad Dağlının oğlunun adından pul yığılır, DİN araşdırma aparır - YENİLƏNİB + FOTO

GÜNDƏM 14.11.2022 1188

İskəndər Mehtiyevi qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının azyaşlı oğlunun adına saxta Instaqram hesabı açılaraq meyxanaçıya dəstək adı ilə pul yığılır.

Saat24.Az  xəbər verir ki, bu barədə meyxanaçının və oğlu Yusifin “Instaqram” səhifələrində məlumat paylaşılıb.

Məsələ ilə bağlı Rəşad Dağılının vəkili də açıqlama yayıb. Vəkil yardım adı ilə yığılan pulların meyxanaçının ailəsi ilə əlaqəsi olmadığını deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələdən məlumatlıdırlar. Hazırda araşdırma aparılır.

 


23:30

Rəşad Dağlıya Bakı İstintaq Təcridxanasında xəsarət yetirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bu barədə “Qafqazinfo” ya açıqlamasında  qonşusunu İskəndər Mehtiyevi  qətlə yetirməkdə təqsirli bilinən meyxanaçının vəkili Elvin Əliyev bildirib.

O qeyd edib ki, yayılan məlumatlar şayiə xarakterlidir: 

"Bununla bağlı təcridxananın rəhbərliyi ilə də əlaqə saxlamışıq, yayılan məlumatlar həqiqətə uyğun deyil".

XƏBƏR LENTİ
17.04.2024 3179

DİGƏR XƏBƏRLƏR

Loading
Top