Duman səbəbindən Bakıya qayıdan təyyarə yenidən Naxçıvana yola düşüb – YENİLƏNİB

Sadə xəbər
GÜNDƏM 13.11.2022 1336

“Azərbaycan Hava Yolları”nın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisi saat 13:07-də Naxçıvana yola düşüb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, sözügedən təyyarə əlverişsiz hava səbəbindən hava limanına qayıtmaq məcburiyyətində qalmışdı.  

12:12

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən “Azərbaycan Hava Yolları”nın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə Oxu.Az-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, təyyarə saat 11:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.

XƏBƏR LENTİ
12.05.2025 2280

DİGƏR XƏBƏRLƏR

Loading
Top