20 ildən sonra Olimpiya Himninin yenilənmiş versiyası təqdim olundu - VİDEO

Sadə xəbər
GÜNDƏM 12.11.2022 1425

Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə Gülüstan sarayında təşkil olunmuş dövlət tədbirində Elnur Kələntərovun layihə rəhbəri olduğu Olimpiya Himninin yeni klipinin təqdimat mərasimi keçirilib.

Tədbirdə dövlət və qeyri-hökumət təşkilatlarının, beynəlxalq və milli idman komitələri və federasiyalarının, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Qeyd edək ki, bu layihə yaxın günlərdə başa çatmış “İdman Filmləri və Proqramları Festivalı”nda “Ən yaxşı klip” nominasiyasında 1-ci yerə layiq görülüb.

Himnin bəstəkarı Eldar Mansurovdur. İlk dəfə 2002-ci ildə MOK-un 10 illik yubileyi ərəfəsində bəstələnmiş himn və çəkilmiş klip 20 ildən sonra müasir quruluşda hazırlanıb. Bu dəfə himni ifaçılarla birlikdə layihənin rəhbəri Elnur Kələntərov da ifa edib.

XƏBƏR LENTİ
17.05.2025 2359
17.05.2025 3217

DİGƏR XƏBƏRLƏR

Loading
Top