Zəfər bayramı ərəfəsində Millət Vəkili Elnur Allahverdiyev şəhid ailələrini ziyarət edib-Foto

CƏMİYYƏT 06.11.2022 1546

Peşəkar hərbçi kimi qürur duyulmalı döyüş yolu keçib......

Saat24.Az xəbər verir ki,bu sözləri Millət Vəkili Elnur Allahverdiyev müəllif yazısında qeyd edib.

Sözügedən yazını təqdim edirik:

Gözəl Qarabağımızda azad nəfəs almağımıza, iki gündən sonra təntənə ilə bayram edəcəyimiz Zəfərə görə onlara borcluyuq. Ömür boyu borclu olacağıq. Şəhidlərimizə. Və şəhidlərimizin analarına. Qəhrəmanları böyüdüb, Vətən eşqi ilə, dövlətə və xalqa məhəbbət ruhunda tərbiyyə etdiklərinə görə. Dairəmizin qəhrəman şəhidi Fərid Ələkbərovun anası Şükufə xanım kimi analara borcluyuq.
Zəfər bayramı ərəfəsində Fəridin ailəsinə baş çəkdik, anası Şükufə xanımla və qardaşı Rüfətlə görüşüb, söhbət etdik, dərdləşdik. Fəridin şəhidlik zirvəsinə doğru keçdiyi şərəfli yoldan danışdıq. Fərid 14 yaşından professional hərbçi həyatına qədəm qoyub qardaş Türkiyənin bütün ali hərbi məktəblərini bitirərək Vətənə dönüb və Qarabağın azad olunması üçün Ali Baş Komandanın əmrini gözləyib. Peşəkar hərbçi kimi qürur duyulmalı döyüş yolu keçib, 2020-ci il noyabrın 9-da döyüş yoldaşlarını xilas edərək şəhid olub.
Üç gündən sonra, noyabrın 9-da rayonumuzda onun adına küçənin açılışı olacaq... "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə" medalları və "Azərbaycan bayrağı" ordeni ilə təltif olunub.
Allah rəhmət etsin!






XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top