Ağdaşda Zəfər Gününə həsr olunan tədbir keçirilib-FOTO

Sadə xəbər
CƏMİYYƏT 05.11.2022 1955
Saat24.Az xəbər verir ki,Oktyabrın 4-də Ağdaş şəhəri Heydər Əliyev Mərkəzində Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə hərs olunan tədbir keçirilib.
Keçirilən tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Ağdaş Şəhəri İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova, təhsil işçiləri, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əbədi xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra 44 günlük Zəfər tariximizi əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözləri ilə açan Ağdaş rayonu üzrə təhsil sektorunun müdiri Leyla Bayramova Zəfər bayramı münasibətilə hər kəsi təbrik edərək şanlı Qələbənin bizlərə yaşadan şəhidlərimizin, qazilərimizin qanı bahasına savaş meydanında qazanıldığını və bu gün də şəhidlərimizin əbədi xatirələrinin ehtiramla yad edildiyini vurğulayıb.
Daha sonra çıxış edən təhsil idarəsinin müdiri Elçin Kərimov Vətən müharibəsində qazanılan qələbənin ölkəmizin tarixində ən şərəfli, ən əlamətdar gün olduğunu və böyük Zəfərin xalqımızın yenilməzliyinin, dövlətimizin qüdrətinin təntənəsi olduğunu bildirib.
Çıxış edən şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıdan danışıblar, həmçinin Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin tariximizin ən parlaq səhifəsi və eyni zamanda Azərbaycan xalqının iftixar və qürur mənbəyi olduğunu vurğulayıblar.
Tədbir şagirdlərin ifasında şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalarla davam edib.
Sonda Ağdaş məktəblilərinin Zəfər Gününə həsr olunan rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.






 










XƏBƏR LENTİ
17.05.2025 2359
17.05.2025 3217

DİGƏR XƏBƏRLƏR

Loading
Top