ENGİNET şirkəti Azərbaycan xalqını 8 Noyabr Zəfər Günü münasibəti ilə təbrik edir

CƏMİYYƏT 05.11.2022 1207

Ölkənin aparıcı internet xidmətləri göstərən top  brendlərində olan ENGİNET şirkəti Azərbaycan xalqını 8 Noyabr Zəfər Günü münasibəti ilə təbrik edir.

Belə ki, Zəfər Günü ilə əlaqədar olaraq ENGİNET şirkətinin ticarət markası “BİRLink” öz növbəsində xüsusi güzəştli kampaniyalar təklif edir.

Noyabr ayı ərzində “BİRLink”in seçilmiş tariflərinə qoşulacaq yeni abunəçilər 44 gün ərzində xidmətdən tamamilə ödənişsiz yararlana biləcək.

Həmçinin şirkətin təqdim etdiyi bir çox sosialyönümlü güzəştli tariflərdən biri olan “Qarabağ” tarifinin istifadəçilərinə Zəfər Günü münasibəti ilə xüsusi endirim təqdim olunacaq. Xatırladaq ki, “Qarabağ” tarifi Vətən müharibəsinin iştirakçılarına şamil edilir.  

“BİRLink” özünün fəaliyyət strategiyasını hər zaman “Birlik” şüarı ilə qurub. Bu şüarla də hər zaman xalqımıza keyfiyyətli xidmət təminatı verir. Doğma diyarın inkişafı, çiçəklənməsi, daim əmin-amanlıq şəraitində yaşamasını arzu edir.

Qeyd edək ki, “BİRLink” – FTTH texnologiyasına əsaslanan optik internet, İP televiziya və telefoniya xidmətlərini, eləcə də abunəçilərin rahat istifadəsi üçün digər innovativ həlləri özündə birləşdirir. “BİRLink” FTTH texnologiyası ilə keyfiyyətə və sürətə heç bir xələl gəlmədən eyni optik lifli kanal üzərindən çoxsaylı xidmətlərin təmin edilməsini mümkün edir. “BİRLink” markasının telekommunikasiya xidmətləri Bakı və doqquz regionu əhatə edir.

Daha ətraflı məlumat üçün https://www.birlink.az/az/ saytına daxil ola bilərsiniz.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top