Quru Qoşunlarında komanda-qərargah təlimi keçirilib - VİDEO

Sadə xəbər
CƏMİYYƏT 31.10.2022 1153

2022-ci ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, plana uyğun olaraq həyəcan siqnalı ilə qaldırılan hərbi hissələrin idarəetmə orqanlarının ərazidə açılması təmin olunub və bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilib. Tapşırıqların icrası ilə bağlı komandirlərin məruzələri dinlənilib.

Təlimin əsas məqsədi bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların fəaliyyətini daha da təkmilləşdirməkdir.

Komanda-qərargah təlimində qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

XƏBƏR LENTİ
17.05.2025 3213

DİGƏR XƏBƏRLƏR

Loading
Top