Gürcüstanın Baş naziri Azərbaycanın DTX rəisi ilə görüşdü

Manşet
CƏMİYYƏT 29.04.2021 1715
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevlə görüşüb.

Virtualaz.org Gürcüstan KİV-inə istinadən bildirir ki, görüşdə dövlətlərarası təhlükəsizlik problemləri və bu sahədə əməkdaşlıq imkanları müzakirə edilib, ortaq təhdidlərə qarşı sıx əməkdaşlığın vacibliyi vurğulanıb.

Görüşdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Beynəlxalq İdarəsinin rəisi Tağı Eynullayev və Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili də iştirak ediblər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top