Masazırda gənc oğlan sevdiyi qıza görə intihara cəhd edir - YENİLƏNİB + VİDEO

HADİSƏ 17.09.2022 1363

Abşeronda gəncin intihara cəhd etməsinin səbəbi məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, gəncin sevdiyi qızın ona xəyanət etməsi səbəbi ilə intihara cəhd etdiyi iddia olunur.

Əraziyə hüquq-mühafizə orqanları cəlb olunub. Sevdiyi qızın xəyanətini qəbul edə bilməyən gəncin kranın üzərindən enməsi üçün hazırda danışıqlar aparılır.

09:54

Abşeronda bir nəfər intihara cəhd edir.

Oxu.Az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, görüntülərin Abşeron rayonun, Masazır qəsəbəsində lentə alınıb.

Gənc oğlan tikinti üçün nəzərdə tutulan krana çıxaraq özünü oradan atacağını deyib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top