Şəmkirdə 40 yaşlı qadın özünü bıçaqladı

Sadə xəbər
HADİSƏ 09.09.2022 1436

Şəmkirdə qadın özünə bıçaqla xəsarət yetirib.

Saat24.Az-ın məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

1982-ci il təvəllüdlü Şəfa Xəlilova qolunun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadının psixoloji problemi olub.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top