Ağstafada əkin sahəsindən meyit tapıldı

HADİSƏ 02.09.2022 1361

Ağstafada əkin sahəsində meyit tapılıb.

Saat24.Az-ın məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Şəmkir rayonunun Zəyəm qəsəbə sakini, 1974-cü il təvəllüdlü Bağırov İlqar Faiq oğlunun halı əkin sahəsində kartof yığan zaman pisləşib. O, əkin sahəsində ölüb.

Əkin sahəsində fəhlə işləyən İ.Bağırovun ürək tutmasından öldüyü bildirilib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top