Gürcüstan vətəndaşı Türkiyədə iki nəfəri tapança ilə öldürərək intihar edib

HADİSƏ 26.08.2022 1425

Türkiyənin Artvin vilayətində əcnəbi şəxsin iştirakı ilə qətl hadisəsi törədilib.

Belə ki, bölgənin Arhavi rayonunda Gürcüstan vətəndaşı biri qadın olmaqla iki nəfəri tapança ilə güllələyib.

Hadisə Kale məhəlləsində baş verib. Hələlik şəxsiyyəti dəqiqləşdirilməyən şəxs cinayəti birgə yaşadıqları evdə törədib.

Qətldən sonra taksi ilə Kemalpaşa rayonundakı Sarp Sərhəd Qapısına gedən qatil buradakı dayanacaqda eyni silahla özünə atəş açaraq intihar edib.

Jandarma qrupları iki ayrı hadisə ilə əlaqədar istintaq başladıb.

Mənbə: Haber Global

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top