Tovuzda zorakılığa məruz qalan azyaşlı psixoloji reabilitasiyaya cəlb olunacaq - YENİLƏNİB

HADİSƏ 26.08.2022 1128

Tovuzda zorakılığa məruz qalan azyaşlı psixoloji reabilitasiyaya cəlb olunacaq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

Belə ki, Tovuz rayon sakini, yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı komitəyə daxil olmuş müraciətə əsasən dərhal aidiyyəti qurumlarla, Rayon İcra Hakimiyyəti və Tovuz Rayon Polis İdarəsi ilə əlaqə saxlanılıb.

Komitənin müraciəti əsasında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli Komissiya tərəfindən ailəyə səfər edilib, uşağın psixoloji vəziyyəti qiymətləndirilib.

Qeyd olunanlara əsasən azyaşlının psixoloji reabilitasiya tədbirlərinə cəlb olunması nəzərdə tutulur.

Baş Prokurorluğun verdiyi məlumata əsasən hazırda şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı istintaq hərəkətləri getdiyindən barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilib.

20:07

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Tovuzda 13 yaşlı uşağın zorakılığa məruz qalması ilə bağlı araşdırma aparır.

Bu barədə Komitənin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu APA-nın sorğusuna cavab olaraq bildirib. O qeyd edib ki, araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Tovuzda azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edən şəxs həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Tovuz rayon sakini 2009-cu il təvəllüdlü Cavid Cəlilova (şərti ad və soyad) qonşuları 1986-cı il təvəllüdlü Cavidan Əliyev (şərti ad və soyad) tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktı ilə bağlı Tovuz rayon prokurorluğunda 20.07.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılması üçün aidiyyəti üzrə Tovuz RPŞ-in İstintaq Bölməsinə göndərilib.

Cavidan Əliyevə (şərti) ittiham elan edilməklə Tovuz rayon məhkəməsinin 22.07.2022-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

18:30

Tovuzda azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edən şəxs həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, Tovuz rayon sakini 2009-cu il təvəllüdlü Cavid Cəlilova (şərti ad və soyad) qonşuları 1986-cı il təvəllüdlü Cavidan Əliyev (şərti ad və soyad) tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktı ilə bağlı Tovuz rayon prokurorluğunda 20.07.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılması üçün aidiyyəti üzrə Tovuz RPŞ-in İstintaq Bölməsinə göndərilib.

Cavidan Əliyevə (şərti) ittiham elan edilməklə Tovuz rayon məhkəməsinin 22.07.2022-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top