Britaniyada vətəndaşlara xəbərdarlıq edildi

DÜNYA 18.08.2022 1373

Böyük Britaniyanın cənub-şərqinə və paytaxt Londona təsir edən daşqına qarşı sakinlərə xəbərdarlıq edilib.

Daşqınlara məruz qalan Londonun Viktoriya qatar stansiyasında səfərlər təxirə salınıb.

Britaniyanın Milli Meteorologiya Xidməti “Met Office” həftələrlə davam edən isti və quraqlıqdan, ardınca leysan yağışlardan sonra vətəndaşlara “həyati təhlükə” barədə xəbərdarlıq edib.

Qurumun xəbərdarlığı ölkənin ən böyük su və çirkab su xidmətləri şirkəti olan “Thames Water”ın cənub bölgələrində sudan istifadəyə məhdudiyyətlər qoymasından sonra gəlib.

Ölkədə iyul və avqust aylarında 40 dərəcədən yuxarı rekord temperatur qeydə alınıb, Britaniyanın cənub-şərq bölgələrində bu il yağıntıların nisbəti 10 faizə qədər aşağı düşüb.

Mənbə: Anadolu

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top