Depp boşanma qalmaqalına görə uzaqlaşdırıldığı “Fantastik varlıqlar”a qayıda bilər - FOTO

DÜNYA 17.08.2022 1021

Hollivud ulduzu Conni Depp “Fantastik varlıqlar və onların məskəni” (“Fantastic Beasts and Where to Find Them”) filmindəki roluna qayıda bilər.

Bu barədə franşizanın ikinci hissəsində aktyoru əvəzləyən Mads Mikkelsen bildirib.

Depp filmin ilk hissəsində “Qrin-de-Vald” obrazını canlandırıb, lakin keçmiş həyat yoldaşı Amber Hördün zorakılıq iddialarından sonra rolundan uzaqlaşdırılıb və ikinci hissədə bu rolu Mikkelsen oynayıb.

“Aydındır ki, indi kurs dəyişib - o, məhkəməni qazanıb. Odur ki, görək qayıdacaqmı? Ola bilər”, - deyə Hollivud ulduzu bildirib.

Mikkelsen həmçinin Deppi aktyorluq bacarığına görə tərifləyib.

“Mən Conninin böyük fanatıyam. Düşünürəm ki, o, heyrətamiz aktyordur, məncə, o, fantastik iş görüb”, - deyə o bildirib.

Mənbə: The Guardian

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top