Krımda partlayışlardan sonra fövqəladə vəziyyət tətbiq edildi - YENİLƏNİB + VİDEO

DÜNYA 16.08.2022 1137

Krımda regional xarakterli fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Fövqəladə vəziyyət rejimi Cankoy rayonunda sursatların partladılmasından sonra tətbiq olunub.

Xatırladaq ki, avqustun 16-da səhər saatlarında Krımda eyni zamanda iki insident - transformator yarımstansiyasında yanğın və Mayskoye kəndindəki sursat anbarında partlayış baş verib.

Sonradan məlum olub ki, Simferopol yaxınlığındakı aviabazada da partlayış səsləri eşidilib.

10:28

Krımın Cankoy rayonunda avqustun 16-da səhər saatlarında partlayış səsləri eşidilib. Ardınca yanğın müşahidə olunub.

Yerli sakinlər partlayış səsləri eşidiblər. Qara tüstü ərazinin müxtəlif nöqtələrindən görünüb.

İlkin məlumata görə, Cankoy transformator yarımstansiyasında yanğın və Mayskoye kəndindəki silah-sursat anbarında partlayış baş verib.

Fövqəladə hallar xidmətindəki mənbələr bu məlumatı təsdiqləyiblər.

Yerli sakinlər transformator yarımstansiyasının ərazisində baş verən yanğının videosunu yayıblar.

Mənbə: Ukrainskaya pravda

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top