Zaporojye AES yaxınlığında dinc əhali ərazini tərk edir - FOTO

GÜNDƏM 15.08.2022 1326

Ukraynanın cənubunda yaşayan əhali kütləvi şəkildə bölgəni tərk etməyə başlayıb. Buna səbəb ərazidə yerləşən nəhəng nüvə kompleksi yaxınlığında partlayışların artmasıdır. Zaporojye atom elektrik stansiyasının işçiləri də daxil olmaqla dinc əhali ərazini tərk edir.

 

Enerqodar şəhərinin meri Dmitri Orlovun sözlərinə görə, Rusiya ordusu şəhər ətrafından “Qrad” reaktiv yaylım atəşi sistemlərindən Zaporojye AES-i atəşə tutur. Mer əlavə edib ki, son bir həftə ərzində yaşayış məntəqəsini tərk etmək istəyənlərin sayı artıb. O, müharibənin beş ayı ərzində AES-in ən azı 100 əməkdaşının işgəncələrə məruz qaldığını bildirib. Orlovun sözlərinə görə, Zaporojye AES ətrafında vəziyyət getdikcə pisləşir.

 


Mənbə: UNİAN “Telegram”

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top