“Taliban” Əfqanıstanda hakimiyyətin ələ keçirilməsinin ildönümündə Moskvaya gedəcək

Sadə xəbər
DÜNYA 15.08.2022 1164

“Taliban” nümayəndə heyəti avqustun 15-də Kabilin ələ keçirilməsinin ildönümündə Moskva və Kazana səfər edəcək.

Bu barədə Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov bildirib.

Tərəflər yağ, buğda, un və günəbaxan yağının alınmasını müzakirə edəcəklər.

Qeyd edək ki, hazırda Rusiya Əfqanıstana mühərriklər üçün elektrik avadanlıqları, ağac və taxta məmulatları, un, mərci, maya, noxud və yağlar ixrac edir. Buna cavab olaraq ölkədən qurudulmuş üzüm və ərik, badam, pendir, çay və qəhvə, yerkökü, çuğundur, konsentratlar və nasoslar alır.

Mənbə: lenta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top