Zaqatalada atmosferi çirkləndirən sürücülər barəsində tədbir görülüb - FOTO

GÜNDƏM 14.08.2022 1323

“Təmiz hava” aylığı çərçivəsində Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən atmosferin çirkləndirilməsinin qarşısının alınması məqsədilə profilaktik tədbir keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, şəhər ərazisində keçirilən nəzarət  tədbirləri zamanı nəqliyyat vasitələri saxlanılıb və onların atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihaz vasitəsilə yoxlanılıb.Yoxlama zamanı bəzi avtomobillərin ətraf mühitə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub.  Həmin nəqliyyat vasitələrinin sürücüləri ilə izahedici söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.

 





XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top