Üçüncü kurs tələbəsi faciəli şəkildə həyatını itirdi

HADİSƏ 13.08.2022 1092

Azərbaycan Turizm və Menecment Universitetinin üçüncü kurs tələbəsi Elnur Abbasov dünyasını dəyişib.

 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Bakı ətrafında istixanada fəhlə işləyən Elnur elə orada ağır xəsarət alıb.

Belə ki, Elnur istixanada çalışarkən hündürlükdən yıxılıb və boynu sınıb. Dörd gün koma vəziyyətində qaldıqdan sonra dünyasını dəyişib.

Qeyd edək ki, Elnur Abbasov 2001-ci ildə Biləsuvar rayonu ərazisində yerləşən 5 saylı Cəbrayıl qəsəbəsində doğulub, əslən Cəbrayıldandır. Onun özündən başqa, bir qardaşı və bir bacısı var.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top