Bakıda tozlu hava şəraiti nə qədər davam edəcək?

Sadə xəbər
GÜNDƏM 12.08.2022 1194

Avtomatik stansiyalardan bu gün saat 18:00-da əldə edilən məlumata əsasən  Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. 

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Oxu.Az-a bildirib ki, buna səbəb cənub-şərq istiqamətli hava kütlələrinin ölkə ərazisinə daxil olmasıdır. 

“Müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir”.

G.Məmmədovanın sözlərinə görə dispers toz hissəcikləri Xətai rayonunda 2.6,  Nizami rayonunda 2.5 , Səbail rayonunda 2.7 dəfə normadan yüksək qeydə alınıb. 

“Sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraiti yaxın 2 gün ərzində davam edəcək”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top