
Dünyada 592 487 828 nəfərdə koronavirus aşkarlanıb.
Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.
Virusdan 6 446 278 xəstə ölüb, 564 362 337 nəfər sağalıb.
Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (94 348 507), Hindistan (44 206 996 nəfər), Fransa (34 144 969 nəfər), Braziliya (34 096 935 nəfər) və Almaniyadır (31 439 645 nəfər).
Sərhəd qonşularımız arasında Rusiyada 18 770 657, Türkiyədə 16 295 817, İranda 7 451 779, Gürcüstanda 1 698 020, Ermənistanda isə 428 648 nəfərdə koronavirus aşkar edilib.
Azərbaycanda koronavirusa yoluxan 803 157 nəfərin 9 768-i ölüb, 790 193 xəstə müalicə olunaraq sağalıb.