ABŞ-da narkotik təcrübələri üçün istifadə ediləcək dörd min it xilas edildi

Sadə xəbər
DÜNYA 11.08.2022 1431

ABŞ-da dörd minə yaxın it farmakologiya, tibb və biologiya sahəsində müxtəlif araşdırmalar və təcrübələr aparan şirkətdən alınıb.

Hazırda onların saxlanılması üçün yer axtarılır.

Heyvan hüquqları müdafiəçiləri itlərin narkotik təcrübələri üçün laboratoriyalara satılması məqsədilə yetişdirildiyini müəyyən ediblər.

Bundan əlavə, müfəttişlər heyvanların dəhşətli şəraitdə saxlanıldığını aşkarlayıblar. Belə ki, xəstə itlər müalicə əvəzinə evtanizasiya edilib, heyvanlara həşərat sürfələri, hətta nəcis yedizdirilib.

İtlərin tibbi müayinələrdən, peyvəndlərdən və digər prosedurlardan keçəcəkləri bildirilib.

Mənbə: gazeta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top