“Real” beşinci, Ançelotti isə dördüncü Super Kubokunu qaldırdı - YENİLƏNİB + VİDEO

Sadə xəbər
GÜNDƏM 11.08.2022 1358

UEFA Super Kuboku “Real” klubuna təqdim olunub.

“Kral klubu” tarixində beşinci, baş məşqçisi Karlo Ançelotti isə dördüncü Super Kuboku qaldırıb.

00:54

Madrid “Real”ı tarixində beşinci dəfə UEFA Super Kubokunun sahibi olub.

Qarşılaşma İspaniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Həmçinin “Real”ın baş məşqçisi Karlo Ançelotti futbol tarixində UEFA Super Kubokunu 4 dəfə qazanan ilk baş məşqçi olub. İtalyalı mütəxəssis 2 dəfə “Real”, 2 dəfə də “Milan”la bu mükafatı əldə edib.

00:27

UEFA Super Kuboku uğrunda qarşılaşmada Madrid “Real”ı hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmanın 65-ci dəqiqəsində Kərim Benzema fərqlənib.

00:06

UEFA Super Kuboku uğrunda qarşılaşmanın ikinci hissəsi start götürüb. 

İlk hissədən sonra Madrid “Real”ı “Ayntraxt” qarşısında 1:0 hesabı ilə üstündür. 

23:42

UEFA Super Kuboku uğrunda qarşılaşmada Madrid “Real”ı hesabda önə keçib. Qarşılaşmanın 37-ci dəqiqəsində D.Alaba topu Almaniya təmsilçisinin qapısından keçirilib. Hazırda qarşılaşmanın birinci hissəsi davam edir.

23:01

Finlandiyanın paytaxtı Helsinkidə UEFA Super Kuboku uğrunda oyun keçirilir.

Həlledici oyunda Madrid “Real”ı və Almaniyanın “Ayntraxt” klubları üz-üzə gəlir.

Qeyd edək ki, “Real” ötən mövsüm Çempionlar Liqasının, “Ayntraxt” isə Avropa Liqasının qalibi olub.

İndiyə qədər yeddi dəfə Super Kubok matçına çıxan “Real” dörd dəfə kubokun sahibi olub. Almaniya təmsilçisi isə ilk dəfə kubok uğrunda qarşılaşmaya çıxır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top