Ağalı sakinlərinin doğma yurdlarına qayıdış sevinci - VİDEOÇARX

GÜNDƏM 06.08.2022 1305

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi növbəti videolayihəsini Zəngilan rayonunun Ağalı kəndinə köçürülmüş sakinlərdən birinə həsr edib. 

Videonun qəhrəmanı Həyat xanım 29 il məcburi köçkün həyatı sürdükdən sonra yenidən öz evinə qayıtmağın onlara verdiyi sevinc və xoşbəxtlik hissini dilə gətirib. Zəngilanın Ağalı sakinləri öz doğma yurdlarına qayıdacaqları anı görmək üçün “həmişə bir gün gələcək” deyiblər. 

O deyilən bir günün artıq gəldiyini vurğulamaq və Ağalı sakinlərinin artıq öz yurdlarında firavan yaşadıqlarını göstərmək məqsədilə video “Bir gün Ağalı” başlığı ilə paylaşılıb.

Azərbaycanlıların işğaldan azad olunmuş doğma yurdlarına böyük qayıdışına olan beynəlxalq marağı nəzərə alaraq videoçarx xarici dildə (subtitrlərlə) təqdim olunur. 

Videonu təqdim edirik: 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top