İranda üç məhkumun gözləri çıxarılacaq - FOTO

Sadə xəbər
DÜNYA 03.08.2022 1190

İranda üç məhkumun gözləri çıxarılacaq. Bununla bağlı hökmün icrası Tehran Cinayət Məhkəməsinə göndərilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Qisas olaraq gözlərinin kor edilməsi cəzasına məhkum edilmə qərarı bir qadın və iki kişiyə şamil olunacaq.

Məlumata görə, gözün çıxarılması cəzasına məhkum edilmiş qadın 11 il öncə başqa bir xanımla münaqişəyə girərək, onun üzünə sulfat turşusu töküb. Bu zaman zərərçəkənin sağ gözü görmə qabiliyyətini itirib. Məhkəmə prosesində zərərçəkənin qisas tələbinə uyğun olaraq hakimin qərarı ilə müttəhim sağ gözünün kor edilməsi cəzasına məhkum edilib.

Hər üç şəxs barədə hökm İİR Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

XƏBƏR LENTİ
05.05.2025 2966

DİGƏR XƏBƏRLƏR

Loading
Top