Ağdaş rayon Heydər Əliyev Mərkəzində "Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü" münasibəti ilə dəyirmi masa təşkil olunub-Foto

SİYASƏT 02.08.2022 1309

 

Saat24.Az xəbər verir ki,1 avqust 2022-ci il tarixdə Ağdaş rayon Heydər Əliyev Mərkəzində "Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü" münasibəti ilə "Tədbirlər Plan"ına əsasən dəyirmi masa təşkil olunmuşdur .
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması ilə bağlı qərar müstəqilliyimizin ilk ili olan 1991-ci ildə qəbul edilsə də, bütövlükdə yeni əlifbaya keçid prosesinin başlanması və onun uğurla başa çatdırılması müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndər Azərbaycan əlifbası kimi, dilinin də hərtərəfli inkişafına, onun rəsmi dövlət dili statusu almasına, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açmasına böyük əmək sərf etmişdir.
Ümummilli liderin ideyalarını layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə daim böyük həssaslıqla yanaşır.
İnam və qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı məhz ölkə Prezidenti və onunla çiyin-çiyinə möhtəşəm layihələrə imza atan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır.
Qeyd olunmuşdur ki, Azərbaycan dilinin və əlifbasının qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələlərindəndir. Bu dil 50 milyondan artıq soydaşımızı birləşdirən və doğmalaşdıran atributdur.
Bu səbədən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.





 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top