Xəzər rayonunda çimərlik ərazisi zəbt edilib? - İcra Hakimiyyətində cavab verəcək nümayəndə tapılmadı + VİDEO

GÜNDƏM 01.08.2022 1158

Xəzər rayonunda çimərlik ərazisinin qanunsuz zəbt edildiyi iddia olunur.

Bu barədə Oxu.Az-a sakin tərəfindən məlumat verilib. Belə ki, söhbət Xəzər rayonu, Şüvəlan qəsəbəsindən gedir.

Sakin iddia edir ki, sözügedən ünvanda “Arzu” marketin yaxınlığındakı çimərlik ərazisi zəbt edilib:

“Bu haqsızlığa insan dözə bilmir. Körpə uşaqlarla çimərliyə getmişəm, ətrafda insanlar çox idi deyə kənara çəkildik. Uşaqlar qumla oynadıqları yerdə kimsə adam göndərdi ki, bizi oradan çıxarsın. İri qaya parçaları ilə çimərlik ərazisi zəbt edilib, bir nəfər də nəzarətçi qoyublar. İnsanlara yaxınlaşaraq nəzakətli şəkildə: “Qayalardan bu tərəfə keçmək olmaz”, - deyir. Bu nə dərəcədə doğrudur?”

Məsələ ilə bağlı iddialara aydınlıq gətirmək üçün Xəzər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən isə bizi dinləmədən İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinə yönləndirdilər.

Şöbədən isə bildirildi ki, İcra Hakimiyyətinin sözçüsü, yəni ictimaiyyətlə əlaqələr şöbəsində də bizə cavab verə biləcək nümayəndə yoxdur.

XƏBƏR LENTİ
20.04.2024 2016

DİGƏR XƏBƏRLƏR

Loading
Top