Ağdaş rayon Mədəniyyət Mərkəzi "Poeziya gecəsi" adlı tədbir krçirib-Foto

SİYASƏT 01.08.2022 2150
Saat24.Az-ın məlumatına görə,30 iyul 2022 - ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş rayon Mədəniyyət Mərkəzinin yay fəslinin həftə sonu istirahəti layihəsinə uyğun olaraq - "Poeziya gecəsi" adlı tədbir təşkil edilmişdir. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Ağdaş rayon şöbəsinin sədri, şair Fəxrəddin Əsəd, yerli yazarlar İlqar Duman, Dünyamin Məmmədov, Kamil Sabiroğlu, Cabir Həsənov, Zaur Məzahir və Namiq Zaman iştirak ediblər. Tədbir şairləri oxucu kütləsinə daha geniş şəkildə tanıtmaq məqsədilə təşkil olunub. Türyançay qəsəbəsində yerləşən Sənətkarlıq evinin və MKS- in 55 saylı filial kitabxanasının əməkdaşlarının və Türyançay qəsəbə sakinləri tədbirdə iştirak ediblər. Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin bədii rəhbəri Çingiz Qasımov açıb. Sonra Qarabağ uğrunda döyüşüb şəhid olan oğulların ruhunu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra gənc qiraətçilərin ifasında şairlərin şerləri səsləndirilib və Mərkəzin özfəaliyyət kollektivinin ifasında musiqiyə söz verilib. Tədbirdə eyni zamanda Mərkəzi Kitabxananın metodistləri Xuraman xanım, Könül xanım, 25 saylı Şəkili kənd Kitabxanasının müdiri Aygün xanım çıxış edərək şeir çələnglərini hədiyyə ediblər. Mədəniyyət Mərkəzinin və Türyançay qəsəbəsinin hörmətli qonaqları olan Ağdaş şairləri öz şerlərini ərmağan edərək "Poeziya gecəsi" tədbirinin təşkilinə və xüsusi diqqətə görə öz təşəkkürlərini bildiriblər. Sonda Mədəniyyət Mərkəzinin direktor əvəzi Turanə Şıxalıyeva şairlərə və musiqiçilərə Mədəniyyət Mərkəzinin adından Fəxri Fərman təqdim edib və xatirə şəkli çəkdirilib.





 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top